Repçi Niki Minaj məhkəməyə verilib


“Roseark” zərgərlik mağazası rep müğənnisi Niki Minajı məhkəməyə verib.

Məlumata görə, o sifariş etdiyi zinət əşyalarının pulunu ödəməyib.

Reperin stilisti Brett Alan Nelson “Roseark” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, zərgərlik mağazası Minaja səhnə üçün zinət əşyaları verib. Bir həftə ərzində Minaj onları geri qaytarmalı və zədə aldığı halda ziyana görə təzminat ödəməli idi.

“Roseark”ın əməkdaşları bildiriblər ki, müğənninin stilisti razılaşdırılmış vaxtda 66 ədəd zinət əşyasını geri qaytarmayıb və bəzilərini isə zədəli qaytarıb. Mağaza 26 min dollardan çox təzminat tələb edib və iddialara görə, Minajın nümayəndəsi onu ödəməyib.

Minajın vəkili müqavilədə göstərilən məbləği ödədiklərini və “Roseark”ın müğənninin adı ilə reklam tutmaq istədiyini deyib.

Mənbə: TMZ

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}