Vuçiç hər gün 200-dən çox birbaşa ölüm təhdidi almasından danışdı
Serbiya Prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfədən çox ölümlə hədələndiyini bildirib. Dövlət başçısı bu barədə Polis Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən danışıb. Onun sözlərinə görə, respublika prezidenti vəsifəsindən irəli gələrək buna dözməyə məcburdur. Prezident qeyd edib ki, artıq buna öyrəşib. “Mən respublikanın prezidentiyəm, mənim işim ölüm təhdidlərinə, hətta bu cür açıq təhdidlərə də dözməkdir”, - Vuçiç deyib. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş