Xəzərin suyunun duzsuzlaşdırılması ilə bağlı işlər nə yerdədir? - AÇIQLAMA + FOTO


“Alternativ su mənbələrindən istifadə su ehtiyatlarından səmərəli istifadə edilmə ilə bağlı yaradılan komissiya tərəfindən idarə edilir”.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov taxıl sahələrində suvarma prosesləri ilə bağlı ümumi vəziyyət barədə məlumat verərkən deyib.


Müdir müavini qeyd edir ki, komissiyanın tapşırıqlarından biri alternativ su mənbələrinə su çatışmazlığı şəraitində müraciət olunmasıdır:

“Ona görə də Agentliyimizin mütəxəssisləri tərəfindən bu istiqamətdə işlər görülüb. Təkcə ötən il ərzində kollektor drenaj sularından suvarma məqsədilə istifadə üçün zəruri tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində respublikanın ən böyük magistral kollektoru olan baş Mil-Muğan kollektorunun suyundan dörd yerdən nümunələr götürülərək laboratoriya şəraitində analiz edilib. Həmin suların zəruri miqdarda duzsuzlaşdırılması və suvarmaya yararlı həddə çatdırılması barədə təkliflər Ekologiya və Təbii Sərvətləri Nazirliyinə verilib. Nazirlik isə öz növbəsində təklifləri dəyərləndirərək Nazirlər Kabinetinə göndərib. Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul edilərsə, həmin sahədə müvafiq axtarış işləri, digər məsələlər öz həllini tapa bilər. 

Eyni zamanda dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı da ölkə başçısının müvafiq sərəncamı mövcuddur. Hazırda bu sahədə də texniki, iqtisadi əsaslandırma işləri davam etdirilir”.

Könül Cəfərli

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}