Biləsuvarın mərkəzi və üç kəndi içməli susuz qalıb


Biləsuvar rayonunun mərkəzində və 3 kəndində içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə “Report”un yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılır.

Ona görə də aparılan təmizlik işləri ilə əlaqədar olaraq ötən gün axşamdan, bu gün saat 13:00-dək içməli suyun verilişində fasilə olacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}