“Aqro-Vest DC” şirkəti şəhid övladlarını sevindirib - FOTO


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Aqro-Vest DC” şirkəti Sabunçu rayonunda yaşayan şəhid ailələrinə ərzaq yardımı edib və şəhid övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Şirkətin İnsan resursları departamentinin direktoru Oğuz Heydərli, Marketinq və ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Soltan İmaməliyev Sabunçu rayonundakı şəhid ailələrinin yaşadığı ünvanlara gedərək onları ziyarət ediblər.

Şirkət əməkdaşları “Aqro-Vest DC” MMC rəhbərliyinin xeyriyyəçiliyə böyük önəm verdiyini, şəhid ailələrinə ayrıca diqqət, qayğı göstərdiyini nəzərə çatdırıb, göstərilən yardımın Vətən torpaqları uğrunda öz canından keçmiş şəhidlərimizin ruhu qarşısında insani borc olduğunu bildiriblər.

Əməkdaşlarımız şəhidlərmizin ailə üzvlərilə söhbət edib, onların qayğıları ilə maraqlanıb, qəhrəman şəhidlərimizin yadigarları olan uşaqlarla şəkil çəkdiriblər.

Şəhidlərimizin ailə üzvlərilə görüşdə bildirilib ki, ən böyük yardım belə şəhid uşağına atasının ona göstərəcəyi qayğının bircə anını əvəz edə bilməz. Bu səbəbdən hər birimiz özümüzü ata qayğısından, nəfəsindən məhrum olmuş şəhid övladları qarşısında borclu sayırıq.

“Aqro-Vest DC” şirkəti şəhidlərimizə Allahdan rəhmət, onların ailə üzvlərinə səbir və cansağlığı diləyir!

Bayramınız mübarək, əziz uşaqlar!






Şəffaflıq.az  



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}