Şirvan Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Daxili İşlər Nazirliyi Şirvanda saxlanılan şəxsin ölümü ilə bağlı açıqlama yayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb və ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.  

“Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq o, xəstəxanada ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib”, - deyə qurumdan bildirilib. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

16:56

Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Həmin şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}