Mühafizəçinin meyiti iş yerində tapıldı


Şəmkirdə meyit tapılıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Barlıbağ kəndi ərazisində yerləşən bağ sahəsində qeydə alınıb. Oranın mühafizəçisi, 66 yaşlı Şahverdi Tanrıverdiyev iş yerində ölmüş vəziyyətdə aşkar edilib.

Onun ölümünün səbəbləri məlum deyil. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}