Bakıda itkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atdı
Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 26-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə 1998-ci il təvəllüdlü R.Rzayevanın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınları onun naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər. Aparılan araşdırmalar nəticəsində R.Rzayevanın mayın 29-da Xırdalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindəki ümumi eyvandan özünü ataraq intihar etməsi məlum olub. Hadisə ilə bağlı araşdırmalar aparılır. R.Rzayevanın yaşadığı yeri hansı səbəbdən tərk etməsi, Xırdalana niyə getməsi və nə səbəbə həyatına qəsd etməsi hələlik məlum deyil. Şəffaflıq.az
Facebook-da paylaş