Buzovna qayalarında özbaşınalıq: Yeni hasarların bünövrəsi qoyulub - FOTO


2022-ci ilin iyun ayından insanların dənizə çıxışına mane olan hasarların, tor çəpərlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılan Bakının Xəzər rayonunun Buzovna kəndində sakinlər 20 ilə yaxındır xalq üçün əlçatmaz qalan, hündür sədlər arxasında gizlənmiş təbii sərvətlərin - çimərlik, eləcə də qayaların işğalçıları ilə üzləşməyə davam edir.

Buzovna sakinlərinin Caliber.Az-a verdikləri məlumata görə, həftəsonu naməlum şəxslər kəndin çimərliyində qayalıqdan başlayaraq sahilə doğru məftil (tor) hasar çəkmək üçün qayaların üzərinə beton özüllər quraşdırıblar.

Təəssüf ki, Bakının Xəzər Rayon İcra Hakimiyyəti indiyədək kəndin çimərliyində baş verən özbaşınalıqlara münasibət bildirməyib və bu prosesə müdaxilə etməyib.

Caliber.Az hadisələri izləyəcək.







Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}