İlan sancan İsmayıllı sakinlərinin son durumu AÇIQLANDI - YENİLƏNİB


İsmayıllı rayonunda ilan sancması ilə xəstəxanaya yerləşdirilən şəxslərin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1958-ci il təvəllüdlü F.Q. ilan sancması səbəbilə 29.05.2023-cü il tarixində saat 19:30-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib. 24 saat müşahidə altında saxlanıldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

2005-ci il təvəllüdlü S.Ə. isə 23.05.2023-cü il tarixində saat 19:40-da ilan sancması səbəbilə təcili tibbi yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Ona ilkin tibbi yardım göstərilib və TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda tibb müəssisəsinin Toksikologiya şöbəsində müalicəsi aparılan pasiyentin vəziyyəti ağır stabildir”.

09:38

İsmayıllı sakinlərini ilan sancıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Səbuhi Qasım oğlu Əliyev və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Quliyeva həyətdə əkin işləri görərkən ehtiyatsızlıq ediblər. Bu zaman otların arasında olan ilan qəflətən onları sancıb.

Zərərçəkənlər təcili yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicələri davam etdirilir.

Könül Cəfərli

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}