Göygöldə güclü yağış nəticəsində xəsarət alanlar var - YENİLƏNİB + VİDEO


Göygöldə yağan yağan yağışlar rayonun Topalhəsənli kəndində fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, hazırda aidiyyəti qurumların əməkdaşları kənd ərazisində infrastrukturun bərpası üçün işlər görürlər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirərək, nəqliyyatın hərəkətini bərpa ediblər.

İlkin məlumata görə hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir.

22:08

Axşam saatlarından başlayaraq yağan güclü yağış səbəbindən Daşkəsən və Göygöl rayonlarında bəzi fəsadlar yaranıb.

“Report”un məlumatına görə, leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Sel suları səbəbindən avtomobil və kənd yollarında hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}