Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib - FOTO


Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə iki mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib.

Bayramsayağı bəzədilmiş Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.

Məktəblilərin müxtəlif mövzularda təqdim etdikləri rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən, üç qalibə pul mükafatı, yeddi nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.

Tədbirin qonaqları, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzib, parkdakı sərgi və məktəblilərin çəkdikləri rəsmlərlə tanış olub və məktəblilər, gənc rəssamlarla səmimi söhbətlər ediblər.

Rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinlərinin diqqətini cəlb edib.






Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}