Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi - FOTO
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi Karxulu inzibati ərazi vahidində, Araz çayının sol sahilində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Maralyan kəndinin görüntülərini təqdim edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş