Azərbaycanda dövlət müəssisələrinin büdcəyə nə qədər borcu var?
2022-ci ildə bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb. Bu məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb. Belə ki, 2022-ci ildə Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4 milyard 105 milyon 400 min manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4 milyard 64 milyon 300 min manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7 milyard 373 milyon 300 min manat olub. Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 milyon manat və ya 2,6% azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğlərinin isə 76,1 milyon manat və ya 18,3% artaraq 491 milyon manat təşkil etməsi şəraitində baş verib. Eyni zamanda, qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamlara nisbətən icrası 96,6%-ə bərabər olub. Şəffaflıq.az
Facebook-da paylaş