Rusiya-Qazaxıstan sərhədində güclü meşə yanğını - VİDEO


Rusiya-Qazaxıstan sərhədində meşə yanğını başlayıb. Hər iki ölkənin mütəxəssisləri yanğının söndürülməsinə cəlb olunub.

Yanğın Altay diyarının Loktevski rayonundan Semey-Ormanı təbiət qoruğuna keçib.

Altay yanğınsöndürənlərinin məlumatına görə, yanğın sahəsi 70 hektardır.

Onların Qazaxıstandan olan həmkarları yanğının 1100 hektar ərazini əhatə etdiyini bildiriblər.

Hələlik yaşayış məntəqələrinə heç bir təhlükənin olmadığı deyilir.

Mənbə: İzvestiya

Şəffaflıq.az    


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}