Hakimi təhqir edən Kloppun cəzası məlum oldu


“Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb.

Almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Tottenhem”lə matçda (4:3) baş hakim Pol Tirni təhqir etdiyinə görə biri şərti olmaqla ikioyunluq diskvalifikasiya edilib. 55 yaşlı mütəxəssis 75 min funt sterlinq cərimə də ödəməli olacaq.

Klopp cəza səbəbindən İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə ev matçında texniki zonada ola bilməyəcək.

Mənbə: BBC

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}