Şəmkirdə baş verən qəzada yaralanan şəxs ölüb


Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

“Report”un məlumatına görə, mayın 12-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan və bu gün dünyasını dəyişən şəxs İlkin Əhməd oğlu Alıyev olub.

Qeyd edək ki, hadisə “Nissan” markalı avtomobilin maneəyə çırpılması nəticəsində olub.

Qəzada daha 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}