Şahdağ və Xınalığa qar yağıb - FAKTİKİ HAVA + FOTO


Mayın 17-də gün ərzində müşahidə olunan yağıntılar mayın 18-də gecə saatlarından kəsilib, yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü Şahdağda 7 sm, Xınalıqda 3 sm olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda duman müşahidə olunub.

Mayın 17-də iqlim normasından 1,7 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22 dərəcə isti, Naxçıvanda 29 dərəcəyədək isti, dağlıq rayonlarda 12-14 dərəcə isti, yüksək dağlıq ərazilərdə 1-3 dərəcə isti, aran rayonlarında 27 dərəcəyədək isti olub.

Mayın 19-da əsasən şimal və qərb rayonlarında, 20-də gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə mayın 19-da gün ərzində və 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.



Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}