“Milan” əsas heyət oyunçusunu azı altı aylıq itirdi
“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser uzun müddət yaşıl meydanlardan kənar qalacaq. İtaliya klubunun rəsmi saytının yaydığı məlumata görə, Çempionlar Liqasında “İnter”lə matçda (0:2) sağ dizindən zədələnən əlcəzairli oyunçu əməliyyat olunub. Onun bərpa müddəti azı 6 ay çəkəcək. Beləliklə, 25 yaşlı futbolçu növbəti mövsümün əvvəlini buraxacaq. Qeyd edək ki, “Milan”ın əsas heyət oyunçularından hesab olunan Bennaser bu mövsüm 40 matçda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş