İslam Kərimovun oğlu həyat yoldaşını döyüb


Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun oğlu Petr Kərimov Rusiyanın Krasnoqorsk şəhərində həyat yoldaşını döyüb.

Onlar mübahisə ediblər və P.Kərimov həyat yoldaşı Yuliya Smetankinaya bir neçə dəfə zərbə endirib. Qonşuların çağırışı ilə hadisə yerinə polislər gəliblər.

Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin küt travması, beyin silkələnməsi və qanaxma diaqnozu qoyulub.

Kərimov polis idarəsində dindirilib və sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Özbəkistanın keçmiş prezidentinin oğlu indi şübhəli statusundadır.

İslam Kərimov 1991-ci ildə Özbəkistanın prezidenti seçilib. 27 avqust 2016-cı ildə beyninə qan sızması keçirərək xəstəxanaya yerləşdirilib, sentyabrın 2-də orada vəfat edib.

Mənbə: İzvestiya


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}