Vladimir Orliç: “Azərbaycan və Serbiya əlaqələri yüksək səviyyədədir”
“Heydər Əliyev güclü dövlət yaradıb və indi bu dövlət öz xalqının firavanlığı üçün əlindən gələni edir”. Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç deyib. O deyib ki, Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib. Orliç qeyd edib ki, bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərirlər. “Bu gün Azərbaycan və Serbiya arasındakı əlaqələr yüksək səviyyədə davam edir. Biz strateji tərəfdaşlarımızın inkişafına sevinirik”, - deyə o əlavə edib. Şəffaflıq.az
Facebook-da paylaş