Bakıda Türkiyə vətəndaşından oğurluq edilib
Bakıda restorandan oğurluq edilib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Gümen Azizə məxsus restorandan 340 manat dəyərində mobil telefon və 20 manat pul oğurlanıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş