Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı


Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, XXXIV turunun “Neftçi” - “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olub.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu 8 ildən sonra təkrarlanıb. Belə ki, 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt 17 avtoqol qeydə alınıb. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}