Zaqatalada məktəbə ildırım düşdü: Yanğın baş verdi - VİDEO


Zaqatalada mətkəb binasında yanğın baş verib.

Saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.

APA-nın kənd icra nümayəndəsinə istinadən verdiyi məlumata görə, məktəbdə baş verən yanğının səbəbi binanı ildırım vurması olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}