Bakıda toyda bıçaqlanma olub


Bakıda toy məclisində bıçaqlanma olub.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Əmrah Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}