Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb və bu il mayın 1-nə 1 713 min olub. Şəffaflıq.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tviterdə bildirib. Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib. “Qanuni əmək münasibətləri sosial hüquqların təminatında, əmək bazarında şəffaflaşmada, məşğulluğun təşviqində üstünlüklər yaradır”, - deyə nazir qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş