Biləsuvarda yük avtomobili aşıb, xəsarət alan var


Biləsuvar rayonunda qum daşıyan yük avtomobili aşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, Kənan Kəlbiyev idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}