“Qarabağ”da 350 min manatlıq anlaşma


Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçularla danışıqları davam etdirir.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, Riçard Almeydadan sonra Bədavi Hüseynovla da razılıq əldə edilib. Ağdam təmsilçisi 31 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalayacaq. Sözləşmənin şərtlərinə görə, futbolçu illik 350 min manat gəlir əldə edəcək.

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən “atlılar”ın formasını geyinir və 8 dəfə Azərbaycan çempionu olub.

Faiq Tahirov


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}