Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı - FOTO


Rusiyada  bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib.

“Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, - deyə hadisə şahidi bildirib.

Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.

Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.


Mənbə: “Babr Mash” “Telegram” kanalı

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}