Əsas Səhifə > Dünya > Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı - FOTO
Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı - FOTO3-05-2023, 09:19 |
Rusiyada bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib. “Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, - deyə hadisə şahidi bildirib. Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb. Sərnişinlər üçün növbəti reys axşama təyin olunub. Mənbə: “Babr Mash” “Telegram” kanalı Şəffaflıq.az Geri qayıt |