“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı elmi konfrans və sərgi təşkil olunub - FOTO


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə ADRA-nın sərgi-muzey kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı elmi konfrans və sərgi təşkil olunub.

Bu barədə Oxu.Az-a sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva məlumat verib.

Tədbiri ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Kamal oğlu Əliyev  Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə açıq elan etmiş, daha sonra Heydər Əliyevlə bağlı xatirələri ilə konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda həmçinin Bakı şəhər Nərimanov rayon İcra hakimiyyətinin başçısının müavini İradə Muradova çıxış etmiş, Xalq rəssamı, akademik Ömər Eldarov, ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov Heydər Əliyevin Azərbaycanın təsviri sənətinə marağı haqda, rəssamlara  göstərdiyi qayğı barədə bəhs ediblər.

Elmi konfransda, ADRA-nın “Humanitar və ictimai fənlər” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rima Qafarzadə “Azərbaycan təhsilinin və dil mədəniyyətinin inkişafında Heydər Əliyev faktoru”, ADRA-nın “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru, əməkdar rəssam Məmmədhüseyn Hüseynov “İlham mənbəyi – Mədəni irsə bağlılıq”, ADRA-nın “İncəsənət tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli “Heydər Əliyev Azərbaycan mədəniyyəti və incəsənətinin himayədarı kimi”, ADRA-nın  “İncəsənət tarixi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda monumental heykəltəraşlıq və memarlıq” adlı mövzuları ilə çıxışlar ediblər.

Tədbirin ikinci hissəsində tamaşaçılar ADRA-nın müəllim-professor heyətinin rəngkarlıq, heykəltəraşlıq, qrafika, plakat və dekorativ-tətbiqi sənət əsərləri ilə tanış olmuş, xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, sərgi ADRA-nın sərgi-muzey kompleksində 20 may 2023-cü il tarixinə qədər davam edəcək. 













Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}