Ərdoğan: “Yaşıl enerjiyə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”


“Maneələrə və qarayaxma kampaniyalarına baxmayaraq, Türkiyə inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdiyi yaşıl enerji texnologiyalarının tətbiqi ilə bağlı 60 illik arzusunu həyata keçirə bilib. Buna misal olaraq Akkuyu atom elektrik stansiyasına (AES) nüvə yanacağının çatdırılmasını göstərmək olar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində ölkə gənclərinə müraciətində bildirib.

O vurğulayıb ki, hələ 1956-cı ildə Türkiyə nüvə enerjisinə keçidi planlaşdırırmış:

“Lakin inkişaf istiqamətində atılan digər addımları kimi, bu da 27 may çevrilişinə görə uğursuzluğa düçar olub. 1970-ci illərin sonunda bir Avropa ölkəsi ilə AES-in birgə tikintisi layihəsi, təəssüf ki, 100 milyon ABŞ dolları tapılmadığından reallaşmayıb. 2010-cu ildə bununla bağlı müqavilə imzalamaqla bu uğursuzluğu aradan qaldırdıq”.

Türkiyə lideri qeyd edib ki, Akkuyu AES tam gücü ilə işə düşdükdən sonra ildə 35 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək və ölkənin elektrik enerjisi istehlakının 10%-ni təmin edəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}