Rusiya Avropa üçün nəzərdə tutduğu nefti kimə satacaq?
“Avropa ölkələri bu il Rusiya neftinin yarısından azını əldə edəcəklər”. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, 2023-cü ildə Rusiya əvvəllər Avropanın payına düşən 220 milyon ton neft və neft məhsullarının 140 milyon tonunu Asiyaya yönləndirəcək. “Rusiya artıq Avropaya tədarük olunan neft və neft məhsullarının təxminən 20%-ni Asiya bazarlarına yönləndirib, bu, təxminən 40 milyon ton təşkil edir, bu il onlara daha 100 milyon ton əlavə olunacaq, 80-90 milyon ton isə Qərbdə qalacaq”, - o əlavə edib. Ümumilikdə, əvvəllər Avropanın payına düşən neft və neft məhsullarının 60%-dən çoxu bu il Asiya bazarlarında olacaq. Mənbə: Vestnik Kavkaza Şəffaflıq.az
Facebook-da paylaş