Millimizin sabiq futbolçusu karyerasını bərpa etdi
Son olaraq “Zirə”də çıxış edən və 2021-ci ilin yanvarında karyerasını başa vuran Rəşad Eyyubov futbola qayıdıb. Şəffaflıq.az xəbər verir ki, o, Region Liqasında oynayacaq. 30 yaşlı Eyyubov “Füzuli”yə keçib. Peşəkar futbola Ukraynada başlayan futbolçu vaxtilə bu ölkənin U-17 millisində çıxış edib. Daha sonra Azərbaycana üz tutan yarımmüdafiəçi “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və “Zirə”nin formalarını geyinib. O, Azərbaycanın əsas millisində 7 oyun keçirib. Faiq Tahirov
Xəbəri paylaş
Facebook-da paylaş