Azərbaycan Mərkəzi Bankı adından dələduzluq hallarına dair xəbərdarlıq edib
“Son zamanlar müxtəlif sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer alır”. Bu barədə AMB məlumat yayıb. Qurum bəyan edib ki, “Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir. “Bununla əlaqədar olaraq AMB ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır. Ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır”, - deyə açıqlamada qeyd olunub. Şəffaflıq.az
Facebook-da paylaş