Ağır qəza keçirən İtaliya millisinin üzvü karyerasını bitirə bilər
Bir neçə gün əvvəl ağır avtomobil qəzası keçirən Çiro İmmobile karyerasını bitirə bilər. Qəza nəticəsində “Latsio”nun 33 yaşlı forvardının qabırğası sınıb və onurğası zədələnib. Həkimlər bu vəziyyətdə futbol oynamağın onun sağlamlığı üçün riskli olduğunu bildiriblər. Yaxın günlərdə İmmobile son qərarını açıqlayacaq. Xatırladaq ki, aprelin 16-da futbolçunun idarə etdiyi “Land Rover” markalı avtomobil Prati şəhərinin mərkəzində kəsişmədə tramvaya çırpılıb. Zərbə güclü olub və maşının ön hissəsi tamamilə dağılıb, tramvay isə relsdən çıxıb. Mənbə: “Corriere dello Sport”
Xəbəri paylaş
Facebook-da paylaş