Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü


“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixində yeni rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, kapitan “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarının bir mövsümündə penaltidən ən çox qol vuran oyunçu olub.

Premyer Liqanın XXX turunda “Qəbələ” (1:2) ilə görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə 7-ci dəfə penaltidən fərqlənərək, rekordu yeniləyib.

Mahmudova qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.

Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}