Yaponiya baş nazirinin çıxışı partlayışla kəsildi - VİDEO


Yaponiyanın qərbindəki Vakayamada Baş nazir Fumio Kişidanın kütlə qarşısında çıxışı zamanı yaxınlıqda güclü partlayış baş verib.

Hökumət başçısı dərhal təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb, o təhlükəsizlikdədir.

Bildirilir ki, Kişidanın çıxışından əvvəl naməlum şəxs tüstü şaşkası və ya məşəl kimi görünən əşyanı atıb, sonra partlayış olub. Hadisə zamanı hökumət başçısı parlamentin aşağı palatasına təkrar seçkilərdə hakim Liberal Demokrat Partiyasından olan namizədlə söhbət edib.

Hücum edən şəxs dərhal təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.

Hadisə baş verən zaman ərazidə bir neçə yüz adam olsa da, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Baş nazir planlaşdırılan ictimai çıxışları davam etdirmək niyyətindədir.

Mənbə: TASS

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}