"Mənim də "Həci"m olub, bu günə qədər..." - Aktrisa Könül
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı danışan aparıcı-aktrisa Könül Yusif qızı bildirib ki, mənim uşağımın atası da həcidır:
"Bu günə kimi onun adını heç bir yerdə çəkməmişəm. Efirlərdə bu cür açıqlamalar verilməsi çox ayıbdır. Amma onları da qınamıram. Adını necə desinlər?! Bu gün cəmiyyətdə qadınlara qarşı aqressiya var. Əgər bu qadın səhnə adamıdırsa, ona qarşı aqressiya daha da artır. Əgər bir xanım görüşdüyü bəyin adını desə, ona qarşı mənfi münasibət bəsləyirlər. Təəsüf ki, insanlarımız hər şeydə günahı xanımlarımızda görür. Bəzən də jurnalistlər həmin xanımların adlarını adiyyatı olmayan insanlarla hallandırır. Buna görə də mən xanımları qınamıram".
(big.az)
Facebook-da paylaş