Çavuşoğlu: “İsveçin NATO-ya daxil olması F-16-ların Türkiyəyə satışı üçün şərt ola bilməz”


“Türkiyə hesab edir ki, İsveç hələ NATO-ya üzv olmağa hazır deyil və ABŞ-nin Ankaraya F-16 təyyarələri satması üçün Skandinaviya ölkəsinin alyansa qoşulmasını şərt qoyması qəbuledilməzdir”.

Bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində deyib.

“Onlar F-16-ların bizə satışı üçün şərt kimi Finlandiya və İsveçin NATO-ya üzvlüyünü irəli sürməyə çalışırlar. Bu, qəbuledilməzdir, biz bunu qəbul etmirik. Biz Finlandiyanın üzvlüyünü təsdiqləmişik, lakin İsveçin üzvlüyü istisna edilib. Bu ölkə NATO-ya daxil olmaqdan hələ çox uzaqdır, hazır deyil, buna vaxt lazımdır”, - deyə nazir bildirib.

Bununla belə, o qeyd edib ki, ABŞ-nin Türkiyəyə təyyarə satışı məsələsində irəliləyiş var.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}