“Türkiyə hesab edir ki, İsveç hələ NATO-ya üzv olmağa hazır deyil və ABŞ-nin Ankaraya F-16 təyyarələri satması üçün Skandinaviya ölkəsinin alyansa qoşulmasını şərt qoyması qəbuledilməzdir”.
Bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində deyib.
“Onlar F-16-ların bizə satışı üçün şərt kimi Finlandiya və İsveçin NATO-ya üzvlüyünü irəli sürməyə çalışırlar. Bu, qəbuledilməzdir, biz bunu qəbul etmirik. Biz Finlandiyanın üzvlüyünü təsdiqləmişik, lakin İsveçin üzvlüyü istisna edilib. Bu ölkə NATO-ya daxil olmaqdan hələ çox uzaqdır, hazır deyil, buna vaxt lazımdır”, - deyə nazir bildirib.
Bununla belə, o qeyd edib ki, ABŞ-nin Türkiyəyə təyyarə satışı məsələsində irəliləyiş var.