İstanbulda bina çökür: Tramvay səfərləri dayandırıldı - VİDEO
Türkiyənin İstanbul şəhərində beşmərtəbəli binada çökmə təhlükəsi səbəbindən tramvay səfərləri dayandırılıb. Beyoğluda 5 mərtəbəli, yaşayış olmayan binada naməlum səbəbdən qismən çökmə baş verib. Beton parçaları binadan yola səpələnir, Karaköy-Tophane arasında tramvay hərəkəti dayandırılıb. Çökmə nəticəsində beton parçaları yola tökülüb. Əraziyə polislər, xilasedicilər cəlb olunublar. Beşiktaş istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Səlahiyyətlilər binada araşdırmaları davam etdirirlər. Mənbə: İHA Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş