Paytaxtda Naxçıvan sakinini avtomobil vurub
Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Şahbuz rayon sakini, 1975-ci il təvəllüdlü Cəfərov Elsəvər Hüseyn oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
