Qubada dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü
Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov həyətyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş