Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb
Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb. Şəffaflıq.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yıxılıb. O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb. P.Höccətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
