Dəfn edildikdən 7 saat sonra evinə qayıdan adam – Qeyri-adi
İndoneziyada dəfn edilən adam yeddi saat sonra evinə qayıdıb.
Hadisə İndoneziyanın Şərqi Cava bölgəsinin Gesikan qəsəbəsində qeydə alınıb.
Hər şey bir motosiklet qəzasından sonra başlayıb. Qəzaya düşən şəxsin üzərindən şəxsiyyət vəsiqəsi çıxamayıb. Cəsəd isə tanınmaz halda olub. Polis motosikletin nömrəsinə əsasən onun sahibinin 40 yaşlı Sunatro olduğunu müəyyən edib.
Cəsəd Sunatronun ailəsinə təhvil verilib. Amma cənazə torpağa verildikdən yeddi saat sonra Sunarto evə gəlib.
Bəlli olub ki, Sunatro bir müddət əvvəl Varim adındakı şəxsdən borc pul alıb, qarşılığında motosikletini ona verib. Beləcə ölən şəxsin Varim olduğu ortaya çıxıb.
Varimin ailəsi cəsədi məzardan çıxarmağa ehtiyac görməyib, sadəcə məzarın baş daşındakı adı dəyişib.
Şəffaflıq.az
Facebook-da paylaş