Ümummilli Lider Heydər Əliyevin 31 Mart Soyqırımının tanıdılmasındakı roluna həsr olunan konfrans


Quba Soyqırımı Memorial Kompleksində “Heydər Əliyev İli” və 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş 31 Mart Soyqırımının 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” adlı konfrans keçirilib.

 

Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət  Pedaqoji Universitetinin (ADPU) Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin birgə təşkilatçılığı ilə keçirilən konfransda iştirakçılar öncə 31 Mart Soyqırımı abidəsini ziyarət edərək kompleksin Muzey bölməsi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru  Rəxşəndə Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

 

Daha sonra ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin direktoru Kamran Əliyev çıxış edərək tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlara görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.

 

30-a yaxın məruzəçinin çıxış etdiyi konfrans öz işini iki bölmədə davam etdirib.



 

Şəffaflıq.az 

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}