Ermənistanda vərəmdən ölənlərin sayı artıb


Ermənistanda vərəm xəstəliyindən ölənlərin sayı artıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Ermənistanda 2021-ci ildə 19 nəfər bu xəstəlikdən ölüb, 2022-ci ildə isə 27 nəfər vərəmin qurbanı olub.

Ftiziatr Lilit Zurabyan deyib ki, Ermənistanda vərəmə yoluxanların 75%-i kişilərdir. Onun sözlərinə görə, xəstəliyə həm də xaricə iş üçün gedənlər yoluxur.

"Bu, kişilərin daha çox siqaret çəkməsi, spirtli içki və narkotik vasitələrdən istifadə etməsi ilə bağlıdır. Bundan başqa, onlar işləmək üçün xaricə gedirlər, orada infeksiyaya yoluxma ehtimalı artır", - qeyd edib.

Ftiziatr bildirib ki, Ermənistanda uşaqlar arasında xəstəliyə yoluxma nisbəti hər 100 min nəfərə üç uşaq təşkil edir.

Həkim əlavə edib ki, respublikada xəstəliyin ən çox yayılmış növü ağciyər formasıdır (xəstələrin 70-75 faizi), ağciyərdən kənar forma isə oynaq və sümüklərin vərəmidir. Üstəlik, çox vaxt xəstəlik hava damcıları, qida (yoluxmuş mal-qaranın südündən istifadə edərkən) və təmas (məişət əşyaları vasitəsilə) ilə yayılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}