Belarusda dövlətə xəyanət edən məmurlar edam olunacaq


Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan qanun qüvvəyə minib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, ekstremist, terrorçuluq və dövlət əleyhinə cinayətlərə qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş “Cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Nazirlər Şurası tərəfindən 2022-ci il oktyabrın sonunda parlamentin Nümayəndələr Palatasına (aşağı palata) təqdim edilib.

Layihə ötən il dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda ikinci oxunuşda qəbul edilib. Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə Prezident Aleksandr Lukaşenko imzalayıb. Martın 14-də Milli Hüquq İnternet Portalında rəsmi dərc edildikdən 10 gün sonra qanun qüvvəyə minib.

Qanun vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur. Bununla bağlı Cinayət Məcəlləsinin 58 və 59-cu maddələri - “Ömürlük azadlıqdan məhrum etmə” və “Ölüm cəzası” uyğunlaşdırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}