Holanda göz dəydi
Erlinq Holand zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib. “Mançester Siti”nin hücumçusu “Bernli” ilə İngiltərə Federasiya Kubokunun oyunundan (6:0) sonra qasıq nahiyəsindən ağrılar hiss edib. Bu səbəbdən o, AVRO-2024-ün seçmə mərhələsində İspaniya və Gürcüstanla matçları buraxmalı olacaq. Olduqca məhsuldar mövsüm keçirən 22 yaşlı forvard bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 37 matçda 42 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, son iki oyunda 8 dəfə fərqlənib. Mənbə: “Mirror” Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş